Zaqatalada gül yığımına başlanılıb

  • 18.05.2019
  • 0

Zaqatalada gül yığımına başlanılıb. 125 hektar sahədə qızılgülün kollardan yığımı may ayının 5-dən etibarən aparılır.

Xezerxeber.az-ın məlumatına görə, gülün şehli yığılması ən vacib amillərdəndir. Çünki bu vaxt yığılan gül ləçəyində yağlılıq faizi daha yüksək olur. Yığıma 500 nəfərdən artıq işçi cəlb edilib. Hər işçi bir gündə 30-50 kq-a yaxın gül yığır.

Toplanan gül ləçəyi ən müasir avdanlıqlarla təchiz olunmuş gül emalı zavoduna gətirilərək xüsusi qazanlara doldurulur və emal olunaraq gül yağı hazırlanır. Ortalama hər 4 ton güldən 1 kq. yağ əldə olunur.

Bu il sahədən 350 tona qədər gül ləçəyi yığılması proqnozlaşdırılır ki, bundan da 100 kq-na yaxın gül yağı əldə olunacaq. Emal olunan gül yağı farmokologiya, qida və kosmetologiya sənayesində istifadə olunması üçün xarici bazarlara çıxarılır.

Qeyd edək ki, əlavə 35 hektar sahədə əkilmiş Lavandanın yığımı isə iyun - iyul aylarında həyata keçiriləcək.

Nə düşünürsən?