"Avroliqa"ya görə Heydər Əliyev Beynəlxalq Aeroportu xüsusi tədbirlər planı hazırlayıb

  • 17.05.2019
  • 0

Avropa Liqasının finalı üçün xarici futbol azarkeşlərinin Bakıya gəlməsində heç bir problem olmayacaq. Çünki Heydər Əliyev Beynəlxalq Hava Limanı azarkeşlərin Bakıya çatdırılması üçün uçuşlar həyata keçirmək istəyən heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verməyib.

Xezerxeber.az-ın məlumatına görə, istər final oyununun keçiriləcəyi gün, istərsə də o ərəfədə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.

Qeyd edək ki, "Arsenal" klubu rəsmi səhifəsində məlumat yayaraq Bakıya təyyarə reyslərinin az olmasından şikayətlənmişdi.

Nə düşünürsən?