Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır

  • 17.05.2019
  • 0

Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri ölkəmizin maraqlarının və mövqeyinin bütün dünyaya çatdırılmasında əsas rol oynadı.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər bildirir ki, ölkə başçısınin keçirdiyi görüşlərdə, səfər boyu etdiyi çıxışlarda əsas yeri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yer alırdı. Bu da diqqətin məhz hazırda Azərbaycanın ən böyük probleminə yönəldilməsinə şərait yaradırdı.

Millət vəkili Musa Qasımlı bildirir ki, bu səfər təkcə siyasi deyil, həm də iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin güclənməsinə öz tövhəsini verir.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının bir çox ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edir və buına görə ölkəmiz İttifaq üçün önəmli tərəfdaşdır. Bu tərəfdaşlıq isə Azərbaycana böyük fayda gətirir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk da Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanı İttifaqın etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirib. Azərbaycanın regionda oynadığı rolun əhəmiyyəti vurğulanıb.

Musa Qasımlı onu da bildirib ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu səfər isə onu göstərdi ki, dövlət başçısının həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Nə düşünürsən?