Donmayan dondurma təhlükəsi

  • 17.05.2019
  • 0

AQTA yay mövsümü ilə əlaqədar tədbirlər planına başlayıb

Yayın gəlişi həm də dondurma mövsümünün gəlişi deməkdir.


İsti yay günündə meyvəli, şokoladlı dondurmalara nəinki uşaqlar, heç böyüklər də yox deyə bilmir.


Bəzənsə yediyimiz bir dondurma ciddi problemlərə gətirib çıxarır. Onun saxlanma şəraiti, tərkibi kimi önəmlidir. Dondurma süd məhsuludur . Elə həssaslıq da burdan qaynaqlanır. Bu barədə az sonra danışacam. Amma əvvəlcə dondurmadan imtina edə bilməyənləri eşidək. 


Bəli, isti yayda dondurma həm də sərinləşdirici bir vasitədir. Qızmar yay günlərinin hələ qarşıda olduğunu nəzərə alsaq , onda dondurmanın daha çox məhz həmin müddətdə yeyiləcəyini deyə bilərik. Qabaqcadan bəzi problemlərin yaranmaması üçün AQTA bəzi tədbirlərə start verib. 


AQTA-nın sədri Qoşqar Təhməzli bildirir ki, qida təhlükəsizliyi tarladan başlayır.


Əgər hansısa heyvandarlıq təsərrüfatında , antibiotiklə zənginləşmiş yem əlavələri iri buynuzlu heyvanlara verilərsə, həmin heyvanın südündə antibiotikin qalıq miqdarı bunun nəticəsində normadan artıq olarsa, həmin süddən haazırlanmış qida məhsullu isə insan orqanizmi üçün təhlükəlidir. Belə süddən dondurmanın da hazırlana biləcəyin nəzərə alaraq, AQTA sakinlərdən bu sahədə diqqətli olmağı xahiş edir.

Nə düşünürsən?