151 ağac və kol köçürüləcək

  • 17.05.2019
  • 0

Şəfaət Mehdiyev Küçəsində 151 ağacın küçürülməsi prosesinə başlanılıb.

Vətəndaşların rahat gedib gəlməyi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu kompleks tədbirlər çərçivəsində Bakı şəhərində yeni nəqliyyat arteriyalarının yaradılması, o cümlədən mövcud yolun genişləndirilməsi ilə rahat gediş gəlişin təmin olunması istiqamətində işlər həyata keçirilir. 

Ümumiyyətlə paytaxtda mövcud olan yaşıllıqların ümumi sahəsi 14 min hektardır.

Qeyd edək ki, bir neçə gün bundan qabaq ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyən edildiyinə görə onların köçürülməsinə qərar verilib.

Nə düşünürsən?