Gözü yolda qalan Türkanın xəstəxanadan görüntüləri

  • 17.05.2019
  • 0

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Türkan Vəlizadə olub.

AzNews.az xəbər verir ki, ötən gün əməliyyat olunan müğənni səhhəti ilə bağlı məlumat verib:

“Çiynimdə və qolumda olan millər çıxarılıb deyə tam qalxa bilmirəm. Uzanmaqdan belim və böyrəklərim ağrıyır. Ayağım da çox şişib, qaldıra bilmirəm. Bəlkə bir tərəfim olsaydı, ora güc salıb ayağa qalxa bilərdim. Amma sağdan bir qolum, soldan da ayağımdır. Ona görə güc salıb dura bilmirəm. Çiynimdəki mili çıxarıblar deyə damarın dartılır, məni çox pis incidir. Nə sağa, nə də sola çevrilə bilmirəm”.

Daha sonra ifaçı, Pərviz Bülbülənin hələ ki, onu ziyarət etmədiyini deyib:

“Pərviz gəlməyib. Deyilənə görə, deyəsən şəhərdə yoxdur. Əlaqə saxlaya bilməmişəm. Amma xəbər göndərib ki, gələcək. Çünki mən ötən gün gecə əməliyyat olmuşam. Hələ indi özümə gəlirəm, amma tam olaraq ayılmamışam”.

Sonda Türkan Vəlizadə adını çəkmədiyi, amma yolunu gözlədiyi şəxsə səslənib:

“Bəlkə də gələr. Maddi baxımdan imkanım olmasaydı, əlbəttə ki, əməliyyata girməzdim. Mənə mənəvi dəstək olmaq lazım idi. Adını deməyəcəm. O insandan umuram ki, sən burada olmalısan. Heç olmasa bu gündə yanımda ol. Mən səndən başqa heç nə istəmirəm”.

Nə düşünürsən?