Koçaryanın məhkəməsində insident: “Mən ciddi şəkildə təhqir olunmuşam”

  • 17.05.2019
  • 0

Dağlıq Qarabağ separatçılarının sabiq və hazırkı rəhbərləri Ermənistanın eks-prezidenti Robert Koçaryanın müvəqqəti azadlığa buraxılması üçün İrəvan Şəhər Məhkəməsinə zəmanət verib. Cebhe.info-nun məlumatına görə, Arkadi Qukasyanın və Bako Saakyanın da iştirak etdiyi prosesdə R.Koçaryan istintaqdan qaçmaq niyyətində olmadığını və prokurorluğun onunla istintaqdan qaça biləcək bir şəxs kimi davrandığını deyib. “Prokurorluğun belə bir tərcümeyi-hala malik insanın qaça biləcəyini düşünməsi çox təhqiramizdir. Onlar harada idi? Mən müharibədən qaçmamışam. Nə min, nə də bir təhlükədən qaçmamışam. İstintaqdan qaça bilərəm? Onlar kimdirlər? Özlərini nə hesab edirlər? Mən qaçmaq istəsəydim, burada olmazdım”-deyə Robert Koçaryan məhkəmə zalında bəyan edib. Hakim David Qriqoryan müdaxilə edərək R.Koçaryanı öz bəyanatlarında ədəbli və ehtiyatlı olmağa çağırıb. “Cənab hakim, mənə təhqiredici gəlir. Kimsə deyir ki, mən qaça bilərəm. Düşmən mənim kürəyimi görməyib. Hesab edirəm ki, mən ciddi şəkildə təhqir olunmuşam. Məni başa düşürsünüz? Mən nə qaçanlardan, nə də bəzi şahidlərə təsir göstərənlərdən deyiləm. Ləyaqətim mənə icazə vermir ”-deyə R.Koçaryan cavabında bildirib. Sonra zalda oturan Arkadi Qukasyanı və Bako Saakyanı göstərən R.Koçaryan deyib: “Bu insanlar mənimlə eyni yolu gedib. Onların burada əyləşməsi mənə təhqir gəlir”. 

Nə düşünürsən?