Yəmən ordusu Səudiyyə mövqelərinə 7 raket atıb

  • 17.05.2019
  • 0

Yəmənin "Ənsarullah" hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanının mövqelərinə raket zərbələri endirib. FaktXəbər bildirir ki, bu dəfə Cəvf əyalətindəki koalisiya qoşunlarının yerləşdiyi mövqelərə 7 ədəd "Zilzal-1" raketi atılıb.

Qeyd edək ki, son günlər Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ordusu arasında toqquşmalar artıb. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə avia zərbələr endirilər. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Nə düşünürsən?