Tülkülər məktəbdə məskən salıb - Cəlilabadda real təhlükə

  • 17.05.2019
  • 0

Cəlilabadda məktəblərdən birinin zirzəmisində tülkü özünə yuva quraraq balalayib. Dərs saatlarında yuvasında gizlənən tülkü dərsdən sonra balaları ilə siniflərdə və məktəbin həyətində gəzişir.



Xezerxeber.az-ın məlumatına görə, sinif otağının döşəməsindən yuxarı qalxan tülkü partaların arasında rahatca gəzir.


Görüntülər Cəlilabad rayonu Seyidbazar kənd tam orta məktəbinin sinif otağında çəkilib. Videonu "Xəzər Xəbər"in votsap nömrəsinə göndərən şəxs deyib ki, tülkü balaları ilə birgə məktəbin zirzəmisində yaşayır.


"Xəzər Xəbər"in çəkiliş qrupu həmin məktəbdə olub və şagirdləri danışdırıb.


Məlum olub ki, tülkü 8-ci sinif şagirdlərinin dərs keçdiyi sinif otağının altında yuva qurub. Otağın sınıq döşəməsindən o, rahatca sinfə daxil olur. Ancaq heyvan dərs saatlarında yuvasından çölə çıxmır və buna görə də dərs prosesi pozulmur.


Məktəbin direktor müavini Naib Məmmədov deyib ki, dərs zamanı tülkünü görən olmayıb.


Vəhşi heyvanın balaları dərs prosesinə mane olmasa da, məktəbdə dərs qurtaranda həyətə çıxıb oynayırlar. Artıq tülkünün balalarını yemləmək üçün ətraf evlərdəki təsərrüfatlara hücum etdiyi də bildirilir. Məktəbin rəhbərliyi bildirib ki, tülkülər məktəbin zirzəmisindən kənarlaşdırılacaq.

Nə düşünürsən?