Lempardın komandası Premyer Liqanın bir addımlığında

  • 16.05.2019
  • 0

Çempionşipdə pley-offun növbəti finalçısı müəyyənləşib.

"Lids" "Derbi"ni qəbul edib. Marselo Bielsanın yetirmələri ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

 

Lakin "Lids" üstünlüyünü qoruya bilməyib. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn "Derbi" pley-off finalına vəsiqə qazanıb.

Çempionşip

Pley-off (cavab görüşü)

"Lids" - "Derbi" - 2:4

Qollar: Dallas (24, 62) - Mariott (45, 85), Maunt (46), Vilson (58-pen.)

İlk görüş - 1:0

Mayın 27-də "Uembli" stadionunda oynanılacaq pley-off finalında Frenk Lempardın komandasının rəqibi "Aston Villa" olacaq. Qalib gələn tərəf növbəti mövsümdən etibarən Premyer Liqada çıxış etmək haqqı əldə edəcək.

Nə düşünürsən?