Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi

  • 16.05.2019
  • 0

Rusiyanın İrkutsk şəhərində yaşayan tanınmış azərbaycanlı pəhləvan Əmir Babayev şəhərdə yaşayan həmyerlilərimizi Azərbaycan Respublikası Günü münasibətilə təbrik edib.

"Vesti-İrkutsk” xəbər verir ki, pəhləvan göstərdiyi nömrələrlə şəhər sakinlərini heyran edib.

Onun ən çətin nömrəsi 15 tonluq yük avtomobilini saçları ilə 10 metr dartması olub.

Bundan başqa, o, üzərində adam oturmuş stulu dişləri ilə qaldırıb və qılıncların üzərində gəzib.

Xatırladaq ki, bu il mayın 2-də pəhləvanımız Rusiyanın Blaqoveşensk şəhərində "Kulturnıy Qorod” (Mədəni şəhər) festival hərəkatının açılışında da iştirak edib. 44 yaşlı Əmir pəhləvan artıq 20 ildən çoxdur ki, belə nümayişlər keçirir.

Nə düşünürsən?