Yeni evli cütlük evində ölü tapıldı

16.05.2019 | 29 | 0

Samsun əyalətində yeni evli cütlüyün evində silah səsləri eşidilib. Səsi eşidən qonşular və yaxınlar evə daxil olub. 

Unikal.org Türkiyə mətbuatına sitinadən xəbər verir ki, onları qanlar içində yerdə yatan vəziyyətdə tapan şəxslər polisə və səhiyyə işçilərinə məlumat verib. Yeni evli və ailə problemləri yaşayan 31 yaşlı Gökhan Erçin və  30 yaşlı Ayşenur Erçinin boşanma mərhələsində olduqları məlum olub. 

Polisin araşdırmasına görə, Gökhan Erçin əvvəl həyat yoldaşı Ayşenur Erçini vurub, daha sonra həmin silahla öz başına atəş açıb. Olay yerinə gələn səhiyyə işçiləri cütlüyün öldüyünü bildirib. Hadisənin baş verdiyi evdən 1 ədəd tapança ələ keçirilib. İstintaq davam edir. 

Nə düşünürsən?
Loading...