Zaqatala sakini çaqqalın hücumuna məruz qalıb, yaralanıb

  • 16.05.2019
  • 0

Zaqatala sakininə çaqqal hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, yırtıci heyvan axşam saatlarında rayonun Muğanlı kənd sakini 57 yaşlı Fərman Qurbanəliyevi sağ ayağın baldır nahiyəsindən dişləyib. Zərərçəkmiş şəxs yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edilib, müalicəsi davam etdirilir.

Fərman Qurbanəliyev bildirib ki, kənd ərazisində torpaq sahəsində işləyən zaman çaqqalın hücumuna məruz qalıb.

Ayağına xəsarət yetirdikdən sonra yırtıcı heyvanı çətinliklədə olsa öldürüb.

Nə düşünürsən?