Yunanıstanda ABŞ səfirinin malikanəsinə hücum

  • 15.05.2019
  • 0

ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payettanın yaşadığı malikanəyə hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə CNN-in Yunanıstan xidməti informasiya yayıb.

Məlumata görə, səhər saatlarında motosikletlərlə səfirliyin yaxınlığındakı malikanəyə gələn təxminən 10 şəxs binaya boya şüşələri və tüstü bombaları atıb.

Hadisəni törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.

Nə düşünürsən?