Məhkəmə dərman firmasını ər-arvada 2 milyard dollar ödəməyə məcbur edir

  • 15.05.2019
  • 0

"Bayer” dərman firması amerikalı ər-arvada böyük məbləğdə kompensasiya ödəməli olacaq.

Elva və Alberta Pilliodlər iddia edir ki, keyfiyyətsiz dərman üzündən xərçəng xəstəliyinə yoluxublar. Bizimyol.info xəbər verir ki, məhkəmənin qərarına görə, "Bayer” onlara 2 milyard dollar ödəməlidir. Kaliforniya məhkəməsi şirkəti məsuliyyətsizlikdə günahlandırıb. "Bayer” dərmanın tərkibindəki qlisofatın orqanizm üçün zərərli olduğunu məlumat verməliydi.

Alman şirkəti ittihamla razılaşmır. Şirkətin bəyanatında "Roundup”un zərərsiz olduğu bildirilir. İş orasındadır ki, məhsulu tamam başqa şirkət – "Monsanto” istehsal edib. Sadəcə, "Bayer” keçən il bu şirkəti alıb. Sövdələşmə almanlara 63 milyard dollara başa gəlmişdi. İndi isə daha 2 milyard dollar Pilloidlərə vermək lazım gələcək.

"Monsanto” herbisidlər istehsal edirdi. Bu kimyəvi maddənin hər cür şişləri məhv etmək qabiliyyəti var. Məhkəmə üçüncü dəfədir "Roundup”la bağlı qərar çıxarır. Qlifosata görə ABŞ-da yüzlərlə məhkəmə iddiası var./bizimyol

Nə düşünürsən?