Şəkiyə düşən güclü dolu kənd təsərrüfatına ziyan vurub

  • 15.05.2019
  • 0

Şəki şəhərinə güclü dolu düşüb. Şəhər mərkəzində və ətraf kəndlərdə müşahidə olunan dolu 5-10 dəqiqə davam edib.

Verilən məlumata görə, dolu, əsasən, rayonun dağlıq kəndlərindən olan Orta-Zəyziddə müşahidə olunub.

Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində davam edib. Kənd sakinlərinin sözlərinə görə, dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Gecə saatlarında bölgənin əksər rayonlarına güclü yağış yağıb.

Nə düşünürsən?