Dayanıqlı inkişaf məqsədləri

  • 15.05.2019
  • 0

Özəl sektorun inkişafında ehtiyac duyulan sahələr müzakirə olunub

Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda Azərbaycanda çoxlu sayda özəl müəssisələrin olduğunu, hökumətin özəl sektorun inkişafı üçün layihələr həyata keçirdiyini qeyd edib. 

O, bildirib ki, özəl sektora dövlət tərəfindən maliyyə dəstəyi göstərilir, onların sərbəst faliyyət göstərməsi üçün, ixrac potensialının artırılması üçün güzəştli kreditlər verilir.

"Dünyada bir tərəfdə inkişaf gedir, digər tərəfdə isə kasıblıq müşahidə olunur. İnsanlar yoxsulluqdan əziyyət çəkirlər. Qeyri-bərabərliyin aradan qaldırılması əsas məqsədlərdəndir. Xalqlar, dövlətlər arasında qeyri-bərabərliyin olması gərginliyə gətirib çıxarır. Çalışırıq ki, insanların yaşam tərzi müasir çağırışlara uyğun olsun. Azərbaycan dayanıqlı inkişafla bağlı proqramı layiqincə yerinə yetirir. Ölkəmiz dünyada inkişaf etmiş dövlət kimi tanınır. Azərbaycanda bütün sahələrdə inkişaf gedir. Ölkəmiz yüksək-orta inkişaf səviyyəsinə çatmış dövlət kimi qəbul olunur. İnkişafın təmin edilməsi baxımından hədəflər ölkəmiz üçün də önəmlidir. İnsanların işlə təmin olunması dövlətlə yanaşı, özəl sektorun da öhdəsinə düşür. Azərbaycanda özəl sektorun inkkşafı üçün bütün şərtlər təmin edilib. İxrac potensialının artırılması üçün imkanları axtarılır. Azərbaycanda iqtisadiyyatın 80 faizi özəl sahədən ibarətdir. Çalışmalıyıq ki, özəl sektor şəffaf fəaliyyət göstərsin, insanların sosial müdafiəsi təmin edilsin", -deyə baş nazirin müavini bildirib.

Nə düşünürsən?