Paytaxt yaxınlığında dəhşətli partlayışda ölənlərin sayı atır - 76 ölü

  • 14.05.2019
  • 0

Nigeriyanın paytaxtı Niameyin şərqindəki Diori hava limanı yaxınlığında yanacaq tankerinin partlaması nəticəsində qeydə alınan insan tələfatı artıb.

Mayın 5-də baş verən hadisə nəticəsində ölənlərin 76-ya çatıb.

Partlayış səbəbilə hökumət ölkədə 8-10 may tarixlərində 3 günlük milli matəm elan etmişdi.

Qeyd edək ki, yanacaq tankeri benzin stansiyasına yerləşdirilərkən aşmışdı. Yerə dağılan benzindən götürməyə çalışan çox sayda insanın arasındakı motosikletin kontaktından çıxan qığılcım tankerin alovlanmasına səbəb olmuşdu./publika.az

Nə düşünürsən?