İşbazlar bu əraziyə də göz dikib

  • 14.05.2019
  • 0

Bakının Əhmədli qəsəbəsində yerləşən 217 saylı uşaq bağçasının həyətindəki yaşıllıq baxımsızdır. Cebhe.info xəbər verir ki, illərdir həyət təmizlənmir, ağaclara qulluq göstərilmir.  Qeyd edək ki, uşaq bağçası  6 nömrəli şəhər poliklinikasının qonşuluğunda yerləşir. Ətrafda görünən hündürmərtəbəli binalar 6 saylı şəhər poliklinikasının həyətində tikilib. Bir neçə il bundan öncə işbazlar poliklinikanın ərazisini zəbt edərək hündürmərtəbəli evlər tikiblər. Görünür, uşaq bağçasının həyətində də kimlərinsə gözü var.

Nə düşünürsən?