“Taxt oyunları”nda daha bir xəta

  • 14.05.2019
  • 0

“Taxt oyunları” fentezi serialının fanatları səkkizinci mövsümün epizodlarının birinin promo-kadrında daha bir xəta aşkarlayıb.

Bu haqda TMZ yazır.

Söhbət saqanın qəhrəmanları Sersey və Ceyme Lannisterin qucaqlaşdığı səhnədən gedir.

Belə ki, sujetə görə üçüncü mövsümdə Ceymenin əli kəsildiyi halda, son mövsümdə həmin əl “möcüzəvi şəkildə” yenidən peyda olub. Halbuki digər epizodlarda kəsilmiş əlin yerinə qızıl protez görüntülənirdir.

Sosial şəbəkə istifadəçiləri “başdansovdu” çəkilişlərə görə HBO telekanalını tənqid atəşinə tutub, bəziləri isə hətta məsxərəyə qoyub.

Xatırladaq ki, bundan bir müddət əvvəl səkkizinci mövsümün epizodlarının birində masanın üzərində “Starbucks” plastik stəkanı kameranın obyektivinə düşmüşdü.(oxu.az)

Nə düşünürsən?