Azərbaycan hərbi helikopterləri Türkiyədədir

  • 13.05.2019
  • 0

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.


Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.


Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.

Nə düşünürsən?