Bakıya gələn təcili yardım avtomobili dəhşətli qəzaya düşdü - Qorxunc görüntüləri

  • 13.05.2019
  • 0

Bir neçə dəqiqə əvvəl Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Bax.tv xəbər verir ki, publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxt istiqamətində hərəkət edən Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili sürətlə yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində xidməti avtomobildə olan tibb bacıları və həkim ağır xəsarət alıb.

Hadisə yerindən keçən başqa avtomobillərdəki insanlar düşərək yaralılara kömək etməyə çalışıb. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Nə düşünürsən?