Ronaldo Roma futbolçusunu ələ saldı.

13.05.2019 | 765 | 0

“Yuventus” İtaliya A Seriyasının 36-cı turunda “Roma”ya məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 0:2 hesabıyla bitən görüşdə “Roma”nın futbolçusu Alessandro Florensi ilə “Yuventus”lu Kriştiano Ronaldo arasında mübahisə yaşanıb.

Matçın 59-cu dəqiqəsində yaşanan qarşıdurmada Ronaldo rəqibini ələ salıb. Portuqaliyalı hücumçu əvvəlcə Florensiyə sakit qalmasını deyib, daha sonra isə əli ilə onun boyunun balaca olmasına işarə edib.

“Yuventus” bir neçə tur əvvəl A Seriyasında çempionluğunu rəsmiləşdirib.

http://2cfazefoot.blogspot.com

Nə düşünürsən?
Yüklənir...