Aygünlə Filipp Bakı üçün sürpriz hazırlayır

  • 13.05.2019
  • 0

Xalq artisti Aygün Kazımova rusiyalı həmkarı Filipp Kirkorovla yenidən eyni səhnəni paylaşacaq. 

Axşam.az-ın məlumatına görə, bu haqda Filipp "Eurovision"la bağlı getdiyi İsraildə müğənni-bəstəkar Murad Arifə açıqlamasında deyib.

Filipp bildirib ki, iyulda keçirilməsi planlaşdırılan "Jara" festivalında tamaşaçılara sürpriz hazırlanır. O, Kazımova ilə duet oxuyacağını söyləyib:

"Aygünlə dostluq edirik. Mən o xanıma heyranam. Birlikdə bolqar mahnısı oxuyacağıq". 

Qeyd edək ki, Aygünlə Filipp illər əvvəl Moskvada da eyni səhnəni bölüşüblər. Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" iyulun 25-dən 28-nədək davam edəcək.

Nə düşünürsən?