Bakıda daha bir şok! Müəllimə şagirdi döyüb,kameraya çəkdi

  • 13.05.2019
  • 0

Bakıda orta məktəbdə daha bir şagird müəllim tərəfindən döyülüb.

Femida.az -a daxil olan məlumata görə, Bakının Binəqədi rayonunda yerləşən 246 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdi döyülüb. Mənbənin verdiyi məlumata görə, hadisə mayın 10-da II sinifdə baş verib. İddiaya görə, şagirdə fiziki güc tətbiq edən müəllimə Pərvanə Absalamovadır. 

 

Valideynlər bu kimi halların bir neçə dəfə təkrarlandığını və bundan narahat olduqlarını qeyd ediblər. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini təqdim edəcəyik.Sözügedən videonu təqdim edirik: