Tez ol, telefonu ver, yoxsa.. - Azərbaycanda dəhşətli namus qətli

  • 13.05.2019
  • 0

Ailə-məişət zəminində baş verən daha bir qətl hadisəsi məhkəmədə araşdırılıb. Bu dəfə müttəhimlər kürsüsündə qadın əyləşib. Ər-arvad arasındakı növbəti mübahisəyə mobil telefon səbəb olub. Həyat yoldaşını qısqanan 31 yaşlı Maarif ondan telefon işlətməməsini tələb edib. Vüsalə isə ərinin tələbi ilə razılaşmayıb və bıçaqla onu ürəyindən vurub. Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Xaçmaz rayon sakini Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Səyyar Tv milli.az-a istinadən bildirir ki, qətl hadisəsi ötən il iyulun 3-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanovla ailə münaqişəsi zəminində mübahisə edib. Ər-arvad arasındakı insident qansız ötüşməyib. Dava-dalaş zamanı V.Mirzəyeva bıçaqla ərinin döş qəfəsindən zərbə endirib.

Nə düşünürsən?