Ədliyyə orqanlarına qəbul

  • 11.05.2019
  • 0

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə qulluğa qəbulla bağlı elan olunmuş builki açıq müsabiqədə iştirak edən hüquqşünaslarla test imtahanı keçirib.

Aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin izlədikləri test imtahanı vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin idman sarayında təşkil olunub.

İmtahanda 300-dən çox hüquqşünas iştirak edib.

Namizədlərin əksəriyyəti gənclərdir. İmtahanda bütün regionlar təmsil olunur və hər üç iştirakçıdan biri qadındır. Namizədlərin yarısı əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir.

Onların imtahanlara hazırlaşmaları üçün nazirliyin Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilib.

Ədliyyə orqanlarında vakant vəzifələr əsasən probasiya, icra və qeydiyyat sahələrində, habelə regional ədliyyə idarələrindədir.

Bu ştat vahidlərinin sayı təxminən 100-dən çoxdur.

Test imtahanının yekununa görə, mümkün 90 baldan 55 və daha çox bal toplamış namizədlər uğur qazanmış sayılır.

İmtahandan müvəffəqiyyətlə keçən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar və onlarla fərdi qaydada söhbətlər aparılacaq.

Nə düşünürsən?