Hardenin əziyyəti özünə qaldı

  • 11.05.2019
  • 0

Amerika milli basketbol assosiasiyasında yarımfinala növbəti vəsiqəni Qolden Steyt qazanıb.

Bu dəfə Ceyms Hardenin möhtəşəm oyunu da Hyustonun qələbəsi üçün yetərli olmayıb.

35 xalla matçın ən məhsuldar basketbolçusu olan Harden 3 xallıq zonadan 6 dəfə səbəti dəqiq nişan alıb.

Tayota arenasına toplaşmış 18 min azarkeş Qolden steytin 118-113 hesablı qələbəsinə şahidlik edib.

Qolden steyt yarımfinalda Portland-Denver cütünün qalibi ilə qarşılaşacaq.

Son oyunu doğma arenada keçirəcək Denver yarımfinala daha yaxın görünür. ¼ finalda Bostonu darmadağın etmiş Miluoki də növbəti rəqibini gözləyir.

Bu ya Filadelfiya, ya da Toronto olacaq. Siakam və Qasolun güclü oyununa bel bağlayan Toronto, qarşısında Simmons və Batleri görəcək.

Qeyd edək ki, milli basketbol assosiasiyasında yarımfinalçıların tam siyahısına 2 gün sonra aydınlıq gələcək.

Nə düşünürsən?