“İstedadların mükafatlandırma sistemi”

  • 11.05.2019
  • 0

“Mercer Türkiyə” və Azərbaycan İnsan Resursları Assosiasiyasının əməkdaşlığı ilə “İstedadların İdarə Edilməsi və Mükafatlandırma Sistemi” Konfransı keçirilib.


REAL xəbər verir ki, tədbirdə Azərbaycan bazarında fəaliyyət göstərən müxtəlif sektorlardakı özəl və dövlət şirkətlərinin yüksək vəzifəli şəxsləri, insan resursları idarəçiləri və nazirliklərin nümayəndələri iştirak edib.


Tədbirin əhəmiyyəti və insan resruları sahəsində qatacaq dəyərləri vurğulanıb və insan kapitalına edilən yatırımların ən vacib investisiya olduğunu bildirib.


Daha sonra İnsan resursları sahəsində qlobal miqyasdakı çətinliklərin və imkanların müzakirə edilib. Eyni zamanda Azərbaycanın insan resursları sahəsindəki prioritetlərinin, qarşı-qarşıya qalınan çətinliklərin və imkanların dəyərləndirilib. Sonda "Mercer Türkiyə” və AİRA Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət sektorunun insan resursları sahəsində yeni layihələr həyata keçirmək istiqamətində əməkdaşlıqa dair memorandum imzalayıb.

Nə düşünürsən?