8 şayba vuran Putin yıxıldı

  • 11.05.2019
  • 0

Rusiya prezidenti Vladimir Putin mayın 10-da Soçidə keçirilən ənənəvi hokkey oynayıb.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, “Gecə Hokkeyi Liqası”nda buz üstünə çıxan rusiyalı lider “Hokkeyin əfsanələri” komandasının tərkibində yarışıb. Putinin komandası 14:7 hesabı ilə qalib gəlib. Qeyd olunur ki, Rusiya prezidenti 8 şayba vurub.

Görüşün sonunda tribunada əyləşən tamaşaçıları salamlayan Putin sürüşərək  yıxılıb. O,  digər hokkeyçilərin köməyilə ayağa qalxıb. 

Qeyd edək ki, “Gecə Hokkeyi Liqası” 2011-ci ilin dekabrında Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Rusiya prezidenti liqanın qala-matçlarında bir neçə dəfə  iştirak edib. 

Nə düşünürsən?