İri tarakan Filippin prezidentinə belə hücum etdi

11.05.2019 | 16 | 0

Filippin prezidenti Rodrigo Dutertenin senatda çıxışı zamanı maraqlı anlar yaşanıb. “Ölkə.Az” xəbər verir ki, kürsüdə çıxış edən Rodrigonun üstünə tarakan çıxıb. Baş verən hadisələr video lentə alınıb. Kadrlardan da göründüyü kimi, siyasətçinin çiyninə iri tarakan çıxır. Amma Duterte həşərata əhəmiyyət vermir. Bu zaman onun köməkçisi yaxınlaşır və tarakanı çiynindən atmaq istəyir. Nəhayət, dövlət başçısı tarakanı özü çiynindən ataraq zarafat edir və deyir ki, bütün bunların günahı  müxalif Liberal partiyasındadır.

Nə düşünürsən?
Yüklənir...