Nazirlik leysanla bağlı məlumat yaydı

  • 11.05.2019
  • 0

Bu gün səhər saat 8:00-ə olan məlumata əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ən çox yağıntı miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, habelə Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib. 

Yağıntı digər bölgələrdə 1-8 mm olub. Paytaxtın bir sıra qəsəbələrində, o cümlədən Zabratda, Binədə 0,4 mm, Maştağada 1 mm, Bakıda 3 mm yağış qeydə alınıb. Saat 11-də yağıntının əksər rayonlarda kəsiləcəyi proqnozlaşdırılır.

Nə düşünürsən?