Azərbaycanda meyitdən orqan köçürüləcək

  • 10.05.2019
  • 0

Azərbaycanda meyitdən orqan köçürülə biləcək. Bu qəbul edilməsi gözlənilən "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Xəzər Xəbərə bildirib ki,adıçəkilən qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Çünki Azərbaycanda hazırda donorluq bir nömrəli məsələdir və donor çatışmazlığı üzündən insanlar dünyasını dəyişir. Yeni qanun layihəsində meyitdən orqan köçürülməsi ilə bağlı bütün müddəalar əks olunub.

Musa Quliyev bildirir ki, hazırda orqan köçürülməsi ancaq canlı donorlar vasitəsilə icra edildiyinə görə donor sayı məhduddur. Bunagörə insanların bir çox hansısa orqanını itirən zaman elə həyatlarını da itirməli olurlar. Ancaq yeni layihə bu məsələdə insan ömrünü xeyli artıra bilər.

Ən önəmli məsələlərdən biri də bu prosesi həyata keçirəcək kadrların hazırlığının hansı səviyəydə olmasıdır. Millət vəkili Musa Quliyev bildirir ki, kadr məsələsi o qədər də ciddi narahatlıq yaratmayacaq.Yeni qanun layihəsinin parlamentin yaz sessiyasında qəbul edilməsi gözlənilir.

Nə düşünürsən?