Moura qollarını izləyib, ağladı

  • 09.05.2019
  • 0

"Tottenhem"in futbolçusu Lukas Moura Çempionlar Liqasının yarımfinalında "Ayaks"la cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırmazdan öncə vurduğu qolları telefon vasitəsi ilə izləyib.


Yenicag.az-ın məlumatına görə, o, həmin vaxt gözyaşlarını saxlaya bilməyib.


Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi komandasının 3:2 hesabı ilə qalib gəldiyi matçda het-trikə imza atıb.

Nə düşünürsən?