200-dən çox ağac əkildi

  • 09.05.2019
  • 0

Nərimanov rayonunda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib.


REAL xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, millət vəkilləri, media işçiləri və digər qonaqlar iştirak edib. Milli Məclisin deputatlarının, rayon rəhbərliYİnin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə Leylanda və müxtəlif növ digər ağac və kollar əkilib. Kompaniyada ümumilikdə 200-dən çox ağac əkilib.


Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə,dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində günü gündən gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən sağlam və təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.


Qeyd edək ki, Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji qaydalara uyğun olaraq ağaclara qulluq edilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl işlər görülüb.

Nə düşünürsən?