Xəzər dənizində gəmidə qəza baş verib: 14 yaralı

  • 09.05.2019
  • 0

Gəmini icarəyə götürən 'Saipem" şirkəti hadisə ilə bağlı məlumat yayıb. REAL-a daxil olan məlumatda deyilir: 

"Saipem şirkəti təəssüflə xəbər veriri ki, 8 may, 18:30 radələrində Saipem şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olmuşdur. Yanğın zamanı 14 (on dörd) nəfər müxtəlif dərəcli yağın xəsarətləri almışlar və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılIb. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdIrIlIb. Saipem şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır. 

Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmamışdır və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.

***

Xəzər dənizində gəmi yanıb.

İlkin məlumata görə, yanğın nəticəsində 13 nəfər yaralanıb.

Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Mətbuat katibi Mehman Mehdiyev REAL-a bildirib ki, yanğın "İsrafil Hüseynov" borudüzən gəmidə baş verib.

Xəsarət alanlar arasında gəmi heyətinin üzvləri olmayıb.

Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb ve qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri  çalışır.

Dəqiq səbəblər haqqında məlumatı "Saipem" yayacaq.

Nə düşünürsən?