Yevlaxda taxıl sahələri su altında qalıb

  • 09.05.2019
  • 0

Xaldan-Şəki yolunun tikintisi zamanı Yevlax sakinlərinin yola yaxın sahələrinə su dolub. Kənd sakinləri bildirir ki, su borularının düzgün qoyulmaması sahələri belə vəziyyətə salıb. Yolun tikintisini aparan şirkət də məsələyə münasibət bildirib.

Yol çəklişi zamanı sakinlərin taxıl sahələri su altında qalıb.

Yevlaxın Aşağı Bucaq kəndi ərazisində bir neçə sakinə məxsus 15 hektara yaxın ərazi biçin qabağı yararsız vəziyyətə düşüb. Sakinlər iddia edir ki,yeni yol çəklişi zamanı su borularının düzgün qoyulmaması sahələri belə vəziyyətə salıb. 15 gündən artıqdır arxlardan gələn su yetişməkdə olan arpa, buğda sahələrinə axır.

Təsərüffat sahibləri bildirir ki, sahələrədə 15-20 günə biçin başlanacaq, amma belə vəziyyətdə zəmilərə kombayn girməsi mümkünsüzdür. Çünkü suyun quruması həmin vaxta qədər mümkün deyil.

Məsələ ilə bağlı yol tikən şirkətdən bildirildi ki,həmin ərazidə əvvəldən də problem olub.Hazırda isə su ötürücü borular dəyişdirilib.Yaxın günlərdə poblem aradan qaldırılacaq.

Hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmasa dahər halda nəticə odur ki həmin su basmı ərazilərdə bu il məhsul olmayacaq. Təssərrüfat sahibləri belə deyir.

Nə düşünürsən?