Qorxulu vulkan yenidən kül püskürməyə başladı

  • 08.05.2019
  • 0

İndoneziyanın Sumatra adasındakı Sinabung vulkanı yenidən kül püskürməyə başlayıb.


Beynəlxalq Fəlakət Agentliyinin nümayəndəsi Sutopo Purvo Nugroho verdiyi açıqlamada Sumatra adasındakı Sinabung vulkanından püskürən kül və dumanın 2 min metr yüksəkliyə çatdığını bildirib.


Daha əvvəl də bir neçə dəfə baş vermiş partlayışlar səbəbilə əhali arasında qorxu yaranmadığını bildirən Nugroho davam edən kül yağışının bölgə yaxınlığındakı bəzi əkin və yaşayış ərazilərinə zərər verib.


Partlayışla bağlı əhaliyə xəbərdarlıq edən vəzifəli şəxlər vulkan ətrafındakı müəyyən ərazilərdə fəaliyyətlərə icazə verilmədiyini bildirib. Təxminən 400 il sonra 2010-cu ildə yenidən fəaliyyətə keçən Sinabung yanardağında 2014 və 2016-cı illərdə müşahidə olunan partlayışlarda 23 nəfər həyatını itirmişdi.


Arxipelaqlar ölkəsi İndoneziya Sakit Okeanın "Alov qurşağı” adlandırılan 130-a yaxın aktiv vulkanın olduğu bölgənin mərkəzində yerləşir./Metbuat.az

Nə düşünürsən?