“Tottenhem cavab verəcək“

  • 08.05.2019
  • 0

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.

Səfərdə Tottenhemi minimal hesabla məğlub etmiş Ayaks Hollandiyada İngiltərənin "Tottenhem" kollektivini qəbul edəcək.

İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzmuş London təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Amsterdam klubunu bu görüşdə istənilən heç-heçə qane edir. "Tottenhem" isə ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. İngiltərə təmsilçisinin baş məqşçisi Maurisio Pokettino oyundan əvvəl keçirilmiş mətbuat konfransında finala adlamaq üçün əllərindən gələni edəcəklərini deyib. 

Ayaks londonda əla oyun göstərmişdi. rəqib istedadlı oyunçulardan qurulmuş komandadı. ağıllı baş məşqçiləri var. amma biz də finaldan ümidimizi kəsməmişik. minimal fərqi aradan qaldırmaq mümkündür. yarımfinalda oynamaq gözəl hissdir. bundan həzz almalı və özümüzü meydanda daha rahat hiss etməliyik.

Tottenhemin heyətində Harri Vink, Erik Lamela və Harri Keyn meydana çıxmayacaq. Yan Vertongen və Serj Oryenin durumuna isə oyun vaxtı aydınlıq gələcək.

Meydan sahiblərində isə Karel Eytinq və Hassan Bandenin matçı buraxacağı dəqiqdir. Qrup mərhələsindən sonra ardıcıl olaraq İspaniya "Real Madrid"ini və İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdırmış Ayaks finala daha yaxın görünür.

Rəqibin ingilis klubudursa deməli meydanda yüksək sürət olacaq. yenə də boyumuzdan yuxarı tullanmalıyıq. güclü tərəflərimizdən istifadə etməliyik. Azarkeş dəstəyi xeyrimizə olacaq. cavab oyununda hər şey sıfırdan başlayır. meydana qələbə üçün çıxacağıq. oyunu daha yaxşı oxumalıyıq. futbolçuların hər biri meydanda sona kimi vuruşacaq.

Qeyd edək ki, Ayaks-Tottenhem oyunu Amsterdamda yerləşən Yohan Kroyf arenada baş tutacaq. Matçı almaniyalı hakim Feliks Brıx idarə edəcək. 

Nə düşünürsən?