Köhnə binadan təzə xəbər

  • 08.05.2019
  • 0

Artıq bir neçə gündür Bakının Süleyman Rüstəm 10 ünavnında yerləşən bina ətrafında yaşanan qalmaqal bitmək səngimək bilmir. 


Binada məskunlaşan “Salam Cinema Baku” adlı klubun gənclərdən təşkil olunmuş üzvləri son günlər bina sahibinin onları binadan çıxarmaq tələblərinə məhəl qoymurlar.


Onların fikrincə onlar binanı tərk edən kimi mülkiyyətçi oranı sökərək yerində yeni bina tikəcək.


Qeyd edək ki, klub artıq burada 3 aydır ki fəaliyyət göstərir. Onlar buranı yer mülkiyyətçisi ilə razılaşaraq kirayə götürüb və eşidəndə ki, bura söküləcək onlar buna müqavimət göstərmək kqərarına gəliblər.


Binanın mülkiyyətçisinin rəsmi nümüayəndəsi Bəhruz Əhmədov isə deyir ki, bu bina tarixi əhəmiyyət daşımır, özəlləşdirilən bu tikilini onlar 2018-ci ildə əvvəlki sahibindən alıblar və qətiyyən buranı sökmək niyyətində deyillər. 


Xatırladaq ki, ötən gün ölkənin birinci vitse prezidenti Mehriban Əliyeva da öz instagram səhifəsində bu məsələyə münasibətini bildirib.

Nə düşünürsən?