Eldar Əzizov 100-dən çox ağacın kəsildiyi ərazidə

  • 08.05.2019
  • 0

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ağacların icazəsiz kəsildiyi Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib. 

Oxu.Az-ın məlumatına görə, Eldar Əzizov orada yaşayan vətəndaşlarla görüşüb, məsələ barədə maraqlanıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

Ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğuna göndərilib.

Nə düşünürsən?