ABŞ-da məktəbdə atışma: 1 ölü, 7 yaralı

  • 08.05.2019
  • 0

ABŞ-ın Kolorado ştatında məktəbdə atışma baş verib.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, Haylends Renç rayonunda STEM məktəbində baş verən atışma nəticəsində 18 yaşlı şəxs həlak olub, daha 7 nəfər isə yaralanıb.

Yaralılar 15 və yuxarı yaş şagirdlərdir. Onlardan 4-ünün vəziyyəti ağırdır.

Qeyd edilir ki, insidentlə əlaqədar 2 nəfər saxlanılıb, Onların bu məktəbin şagirdləri olduğu bildirilir.

Duqlas dairəsinin polis şerifi bildirib ki, silahlılar məktəbli yoldaşlarına iki ayrı yerdə atəş açıblar.

Hadisə yerində araşdırma davam etdirilir.

Nə düşünürsən?