Xəzər dənizini çirkləndirənlər cəzalandırılır

07.05.2019 | 6 | 0

Qaydalara əməl etməyərək Xəzər dənizini çirkləndirən şirkət, müəssisə və obyektlər bağlanacaq.Artıq bununla bağlı ciddi tədbirlərin görülməsinə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərovun sözlərinə görə,Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılacaq.

Mirsalam Qənbərovun sözlərinə görə,bu addımın atılmasına səbəb bəzi obyektlərə eləcədə müəssisə və təşkilatlara nazirlik tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara və ünvanlanmış məktublara əhəmiyyət verməməkləri olub.Qurum rəsmisi qeyd edib ki,"Xəzər dənizinin şimaldan cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir.

Mirsalam Qənbərov həmçinin onu da bildirdi ki,Su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çox olub.

Nə düşünürsən?
Yüklənir...