Baş nazirin başına yumurta atdılar

  • 07.05.2019
  • 0

Avstraliyanın baş naziri Skott Morrison seçki kampaniyası çərçivəsində keçirdiyi görüşdə bir əleyhdarı tərəfindən hücuma məruz qalıb.

♦♦ BBC-nin məlumatına görə, Alburi şəhərində baş verən insidentdə 25 yaşlı etirazçı qadın baş nazirin başına arxadan yumurta çırpıb.

Yumurta hədəfini sürtüb keçdiyindən, baş nazirin başında sınmayıb. Etirazçının bu gözlənilməz hərəkəti zamanı yaxınlıqda olan bir ahıl qadın yerə yıxılıb.

İnsidentdən sonra polis etirazçını qandallayaraq, dindirilməsi üçün bölməyə aparıb.

Ona hücum edən şəxsi “qorxaq” adlandıran baş nazir vaxtında müdaxilə etdiklərinə görə mühafizəçilərinə təşəkkür edib.

Qadının hücumunun motivləri açıqlamasa da, onun fermerlərə və dövlətin onlara dəstəyinə qarşı etiraz edən vegetarian fəallardan olduğu güman edilir.

Nə düşünürsən?