Aygün Kazımova mətbəxdə iftar süfrəsi hazırladı

  • 07.05.2019
  • 0

Xalq artisti Aygün Kazımova Ramazan ayı münasibətilə izləyicilərini təbrik edib.

“Ölkə.Az” xəbər verir ki, o, İnstaqram səhifəsindən bununla bağlı paylaşım edib.

Belə ki, xalq artsiti iftar üçün yemək hazırlayaraq, mətbəxdən görüntüsünü yayıb.

“Allah bütün tutduğunuz oruclarınızı qəbul etsin. İftar süfrəniz bərəkətli olsun, əzizlərim”- deyə qeyd edib.

Videoya  qısa müddət ərzində onminlərlə baxış olub. İzləyicilər xalq artistinə sevgi dolu mesaj yazmağı da unutmayıblar.

Xatırladaq ki, bu il Ramazan ayı may ayının 6-dan başlayıb.

Nə düşünürsən?