Rəşad Sadıqov: "Kiminsə 2-3 işdə gözü yox idi"

  • 07.05.2019
  • 0

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov “Xəzər TV”nin "Futbol saatı” verilişinin qonağı olub.

Qol.az xəbər verir ki, o, ardıcıl 6-cı ölkə  çempionluğu ilə yanaşı, bir müddət baş məşqçisi olduğu U-21 millisindəki işi haqda da danışıb.

R.Sadıqovun sözərinə görə, millidə çalışdığı zaman məsuliyyət o qədər böyük idi ki, ailə üzvləri ilə oturub onları görmürdü: "Ancaq rəqib və taktika haqda düşünürdüm.

Biz iki, üç, beş yerdə çalışmaq üçün alışıb yanmırdıq. Bilirdik ki, futbolçu kimi mənə, məşqçi kimi də Qurban Qurbanova zərərləri olacaq. Azərbaycan futbolu üçün etdik.

Bizə hər şey fərqli şəkildə deyilmişdi. Ona görə razılıq verdik. Yoxsa kiminsə 2, 3, 5 işdə gözü yoxdur".

 

R.Sadıqov millidəki müqaviləsinə heç baxmadığını söyləyib: Sadəcə imzalamışdım.

6 il deyilmişdi. Uzunmüddətli plan qurmuşduq. Qrupdan çıxmalısız və sairə məsələsi yox idi. AFFA-da mənimlə də U-21-lə bağlı gələn mövsümün planları cızılmışdı".

Nə düşünürsən?