Şəkidə quzular kütləvi şəkildə tələf olur

  • 06.05.2019
  • 0

Şəkidə təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olmağa başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəki rayonunun Göybulaq kənd sakini Əlican Əlimirzeyevin təsərrüfatında olub.

O bildirib ki, şəxsi qoyunçuluq təsərrüfatında quzuların kütləvi tələfatına səbəb olan xəstəlik yayılıb. Əsasən 1-6 aylıq quzularda yüksək temperatur, dişlərin qıcaması, ağızın köpüklənməsi ilə müşayiət olunan xəstəlik sonda heyvanın ölümünə səbəb olur.

Əlican Əlimirzəyev xəstəliklə bağlı Rayon Baytarlıq idarəsinə xəbər verib. Baytar həkimlər əraziyə baxış keçiriblər.

Baytar həkim Elçin İmanov bildirib ki, əlamətlərə görə ilkin diaqnoz kimi pasterilyoz xəstəliyidir. Buna görə də təsərrüfatda xəstə 40 ədəd quzuda yüksək temperatur olduğu üçün ona serium, digər heyvanlara isə pasterilyoz əleyhinə vaksin vurulub. Rayon Baytarlıq idarəsindən verilən məlumata görə, pasterilyoz xəstəliyinə qarşı vaksinləri təsərrüfat sahibi özü almalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?