Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı

  • 03.05.2019
  • 0

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsində problem yaranıb. Belə ki, vəsiqə üçün aidiyyəti qurumlara müraciət edən şəxslərə sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda sürücülük vəsiqələrinin alınması ilə bağlı prosedurlara iki qurum nəzarət edir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (ərazi üzrə idarələr) və ASAN xidmət mərkəzləri.

Oxu.Az Azərbaycanda sürücülük vəsiqələrinin verilməsinin dayandırılması ilə bağlı problemin səbəbini araşdırmaq üçün yuxarıda sözügedən hər iki quruma müraciət edib.

ASAN Xidmətdən problemin mövcud olduğu təsdiqlənib. Bildirilib ki, vətəndaşlara təqdim olunması üçün respublika üzrə sürücülük vəsiqələri bitib. Verilən blank isə sürücülük vəsiqəsini əvəz edir. Etibarlılıq müddəti bir aydır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə saytımıza açıqlamasında bildirib ki, yaranan problem müvəqqəti texniki xarakter daşıyır:

Nə düşünürsən?