Messi cərimə zərbəsi zamanı hakimi aldadıb

  • 02.05.2019
  • 0

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin Çempionlar Liqasının ilk yarımfinalında evdə İngiltərə "Liverpul"u ilə görüşdə hakimi aldatdığı bəlli olub.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun matçın sonlarında vurduğu qol qaydalar çərçivəsində yerinə yetirilməyib.
81-ci dəqiqədə argentinalı oyunçuya qarşı kobudluq edilib. Messi cərimə zərbəsini yerinə yetirərkən qapıya qədər olan məsafəni bir neçə metr azaldıb.
Qeyd edək ki, görüş "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu mayın 7-də olacaq. 

Nə düşünürsən?