Azərbaycanda şok olay: Qonşusunu intihara məcbur etdi

  • 01.05.2019
  • 0

Tərtərdə tükürpədici hadisə baş verib.

Aprelin 26-da şəhər sakini 25 yaşlı Cavid Məmmədlinin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Meyit müayinə olunması üçün  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə yerləşdirilib. 

Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilib. 

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Cavid Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb. 

Şübhələr isə meyitin asıldığı kəndirin ağacın nisbətən hündür qoluna bağlanması və bu işi görmək üçün ağaca çıxmaq zərurəti ilə bağlı olub. 

Lakin ağacın qoluna kəndiri bağlamaq üçün çıxan adamın barmaq və ayaq izlər mərhuma aid olmayıb. 

Buna görə də meyitin dərisindən nümunə götürülərək Bakıya göndərilib. 

Bakıda laboratoriya müayinəsindən sonra hadisənin qətl olması ilə bağlı şübhələr özünü doğruldub. 

Meyitin bədəninin müxtəlif nahiyələrində - yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri aşkar edilib. 

Həmin barmaq izlərilə ağacda kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.  

Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 39 yaşlı Nuru Allahverdiyev saxlanılıb. 

Məlum olub ki. qatil Cavidi özünü asmağa məcbur edib. 

Özü isə prosesi kənardan soyuqqanlı şəkildə izləyib. 

O hətta qurbanının kəndiri boynuna keçirməsinə də kömək edib.

Qeyd edək ki, Cavid Məmmədli “oliqofreniya”, yəni kəmağıllıq diaqnozu ilə psixiatrik xəstəxanada qeydiyyatda olub.

Saxlanılan şəxsin dindirilməsi zamanı onun daha bir qətl törətməsi də məlum olub. 

Nuru Allahverdiyev ötən ilin noyabr ayında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş Rəşad Nərimanlının qatili olduğunu etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Nə düşünürsən?